Şagirdlərimiz əsgərlərimizi dəstəkləyir

Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlıq etmək, xalqımızın hər bir nümayəndəsinin var gücü ilə dəstəyə və döyüşə hazır olduğunu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün “ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsinə start verilib. Məktəbimizin şagirdləri də bu layihəyə qoşularaq əsgərlərimizə biri-birindən maraqlı məktublar ünvanladilar.Layihədə məktəbimizin 2-11-ci sinif şagirdləri iştirak etdilər.