Suraxanı rayonu H.Əliyev mərkəzində tədbir

H.Əliyev Mərkəzində Ümummilli lider H.Əliyevin anım günü ilə əlaqədar "Sönməz günəş" adlı tədbir keçirildi.Tədbirdə məktəbin şagirdləri Ulu öndərin şərəfinə yazılmış mahnı və şeirlər səsləndirdilər, onun hikmətli sözlərini bir daha yada saldılar.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Əhmədzadə Təranə çıxış edərək qeyd etdi ki, məktəbin şagirdləri H.Əliyev xatirəsinə həsr olunmuş bütün tədbirlərdə fəal iştirak etmiş, məktəbin 10-cu sinif şagirdi Babazadə Könül "Xalqa bağışlanan ömür" adlı seir müsabiqəsində I yerə layiq görülmüşdü.9-cu sinif şagirdi C.Lalə isə inşa müsabiqəsində fərqləndirilmişdir.Tədbir "Mən azərbaycanlıyam" mahnısının ifası ilə yekunlaşmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi