Nailiyyətlərimiz

FəallarımızBakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”nda məktəbimizin şagirdləri də iştirak etmişlər. Şagirdlərimizdən Hüseynov Rəşadət, Musayeva Nişanə, Əliyeva Səmadə, Əmrahlı Uğur, Mehdiyev Elton və Sadıqzadə Emin fəal iştirakına görə sertifikatla təltif olunmuşlar. Biz də şagirdlərimizi təbrik edir və onlara uğurlar arzulayırıq.

“Junior Show Your Dance 2018” rəqs müsabiqəsiNərimanov Rayon Gənclər və İdman İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Nərimanov rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Junior Show Your Dance 2018” rəqs müsabiqəsi keçirdi. Müsabiqədə məktəbimizin 6A sinif şagirdi Nağıyeva Aydan II yerə layiq görülmüş, diplom və medalla təltif olunmuşdur. 5A sinif şagirdi Davudzadə Həsən isə Fəxri fərmanla mükafatlandırılmışdır.

Balaca Əntiqənin uğuruMəktəbimizin 3b sinif şagirdi Abdulhəlimova Əntiqə Zaur qızı “Zəfər” kursunun 11.11.2018-ci il tarixində təşkil etdiyi “Bilik yarışması”nda 470 bal toplamışdır. Şagirdimiz yüksək nəticə göstərdiyinə görə təltifnamə ilə mükafatlandırılmışdır. Biz də şagirdimizə uğurlar arzulayırıq.

HAQQIMIZDA

    Bakı şəhəri üzrə 73 nömrəli tam orta məktəb iki korpusdan ibarətdir. Məktəbimizin I korpusu 1975-ci ildə inzibati bina kimi tikilib....

BİZİM FƏXRLƏRİMİZ

Həsən Davudzadə Mahmud

Günel Hümbətli Kamran

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi