Pedaqoji Şura iclası keçirildi.

Pedaqoji Şura iclası keçirildi.

02.05.2025-ci il tarixində Nərimanov rayonu 73 nömrəli tam orta ümumtəhsil məktəbində Pedaqoji Şura iclası keçirilmişdir. İclasda bir sıra vacib məsələlər müzakirə olunmuşdur. Xüsusilə 4-cü,6-cı və 9-cu siniflər üzrə keçirilmiş monitorinqlərin nəticələrinin təhlili aparılmış, 11-ci sinif şagirdlərinin tədris göstəriciləri nəzərdən keçirilmişdir. Eyni zamanda şagird davranış qaydaları və məktəbdə təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Müzakirələr nəticəsində müvafiq istiqamətlər üzrə məqsədyönlü addımların atılması qərara alınmışdır. Məktəb kollektivi olaraq tədris keyfiyyətinin yüksəldilməsi və sağlam təhsil mühitinin təmin olunması istiqamətində fəaliyyətimizi davam etdiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi