HEYDƏR ƏLİYEVİN 102 İLLİYİNƏ HƏSR OLUNMUŞ İNŞA YAZI MÜSABİQƏSI KEÇİRİLDİ

2025-ci il may ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ölkənin müxtəlif təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirildi. Bu tədbirlər çərçivəsində “Heydər Liyev 102” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Şagirdlərə müxtəlif mövzular təqdim olunaraq və onlardan birini seçmək imkanı verilldi.

Müsabiqənin əsas məqsədi məktəblilərin Heydər Əliyev şəxsiyyəti, onun dövlətçilik fəaliyyəti, Azərbaycan xalqına göstərdiyi misilsiz xidmətlər haqqında biliklərini artırmaq, eyni zamanda gənc nəslin yazılı nitq bacarıqlarını inkişaf etdirmək və onların yaradıcılıq potensialını üzə çıxarmaq idi.

Müsabiqədə VII-XI sinif şagirdləri iştirak etdilər. Onlara təqdim olunan mövzular Heydər Əliyevin həyat yolu, azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərə verdiyi önəm, təhsilə və gəncliyə göstərdiyi qayğı kimi mövzulardan ibarət idi. Şagirdlər inşalarında Ulu Öndərin müdrik siyasətindən, Vətənə və xalqa bağlılığından, eyni zamanda onun ideyalarının bu gün də yaşayaraq müasir Azərbaycanın inkişafına yön verdiyindən bəhs etdilər.

İnşalar təhlil edilərkən şagirdlərin fikirləri ifadə etmə bacarığı, dil qaydalarına riayət, mövzuya yanaşma tərzi və mətnin orijinallığı əsas meyarlar kimi dəyərləndirildi. Münsiflər heyətinin qərarına əsasən qaliblər seçilərək diplom və hədiyyələrlə mükafatlandırıldı. Digər iştirakçılara isə təşəkkürnamələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi