TEMPERAMENT TESTİ KEÇİRİLDİ.
Şagirdlərin xarakter xüsusiyyətlərini daha dərindən anlamaq, onların davranış tərzini və sosial münasibətlərdəki fərqlilikləri müəyyən etmək məqsədilə temperament testi keçirildi. Tədbirin əsas məqsədi şagirdlərin psixoloji vəziyyətini qiymətləndirmək, onların stresə qarşı müqavimətini, emosional tarazlığını və şəxsi xüsusiyyətlərini müəyyən etmək idi. Məktəb psixoloqunun rəhbərliyi ilə keçirilən bu test zamanı şagirdlərin fərdi xüsusiyyətləri qiymətləndirildi və onların hansı temperament tipinə aid olduqları müəyyənləşdirildi.
Testin nəticələrinə əsasən, şagirdlər arasında xolerik, sanqvinik, fleqmatik və melanxolik temperament tipinə malik olanlar müəyyən edildi. Bu nəticələr təhlil edilərək müəllimlərə təqdim olundu və tədris prosesində şagirdlərin fərdi yanaşma ilə inkişaf etdirilməsi məqsədilə istifadə olunacaq.
Belə testlər şagirdlərin özlərini daha yaxşı tanımalarına, həmçinin sinif daxilində sağlam ünsiyyət və əməkdaşlıq mühitinin formalaşmasına kömək edir. Psixoloji maarifləndirmə tədbirləri çərçivəsində bu kimi fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.