Həyat imtahandır, bəs imtahan “həyat"dırmı?

22 fevral 2024-cü il tarixində Z.Əhmədov adına 64 nömrəli tam orta məktəbin psixoloqu Aysel Xudiyeva tərəfindən buraxılış və IX sinif şagirdləri ilə “Həyat imtahandır, bəs imtahan “həyat"dırmı?” adlı seminar keçirildi.

Seminarın keçirilməsində əsas məqsəd şagirdlərin imtahan qabağı həyəcan, stress hallarını müəyyənləşdirmək və bununla əlaqədar onlara dəstək göstərməkdən ibarət idi. Həyat imtahanlarından başqa, yaşadığımız həyatda bizi gözləyən test imtahanları da var. Bugünkü mövzumuz məhz ikinci qisim haqqında olacaq. Həyatın sorğu-sualı ilə ömrümüzün istənilən mərhələsində, bəzən qəfil üzləşirik. Amma test imtahanlarında iştirak edərkən əvvəlcədən hazırlıqlı və xəbərdar oluruq. Qısa müqayisə əsasında yəqin ki, hər birinizə həyat imtahanı daha çətin gəldi. Əfsuslar olsun ki, bəziləri hələ də məhz test imtahanlarını özləri üçün ölüm-qalım məsələsinə çeviriblər.

Bəli, bu gün imtahan öncəsi stress, özünəinamsızlıq, bütün həyatını imtahana bağlayanlardan danışacağıq. Cavabları naməlum olan sualların yaratdığı həyəcan azmış kimi, bir də valideyn basqısı... . Psixoloq şagirdləri imtahan öncəsi yarana biləcək psixoloji və fizioloji dəyişikliklərlə bağlı məlumatlandırdı, imtahan zamanı həyəcanlarını idarə edə bilmək üçün dəyərli tövsiyyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi