Pedoqoji Şura iclası keçirildi

          16 fevral 2024 - cü ildə Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq növbəti Pedaqoji Şuranın iclası keçirildi.

           Məktəb Pedaqoji Şura iclası məktəbin direktor əvəzi  Humay Məmmədovanın çıxışı ilə başladı.İclasda müəllim kollektivi və inzibati heyət iştirak edirdi.                         Pedaqoji Şura iclasında I yarımilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi.II Yarımil üzrə görüləcək işlərdən,qarşıya qoyulan hədəflərdən danışıldı.

  2023-2024- cü dərs ilində məktəbdə IX və XI siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıqdan,davamiyyətdən,məktəbdə nizam- intizamın möhkəmləndirilməsindən və digər məsələlərdən danışıldı,direktor müavinləri və müəllimlərin fikirləri,təklifləri müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi