"Zəfər Günü"nə həsr edilmiş tədbir keçirilmişdir.

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik torpaq həsrətinə 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı.
Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində imzaladığı Sərəncama əsasən ölkəmizdə Zəfər Günü  bayram günləri sırasına daxil edilmişdir. Bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.

   Bu münasibətlə paytaxtın digər təhsil ocaqlarında olduğu kimi Xətai rayonu Z.Əhmədov adına 64nömrəli tam orta məktəbdə də təntənəli tədbir keçirilmişdir.
Zəfəri bizə qazandıran şəhidlərimizi hörmətlə anıb, qazilərimizə sağlam və firəvan həyat arzulayır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi