Məktəbimizdə Anım Gününə həsr olunmuş seminar tipli tədbir keçirilmişdir...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindək Xətai rayonu Z.Əhmədov adına 64№-li tam orta məktəbdə də digər təhsil müəssisələrində olduğu kimi 27 sentyabr Anım Günü ilə bağlı seminar tipli tədbir təşkil olunub.

   Qalib Azәrbaycan xalqı vә Müzәffәr Ali Baş Komandanın fəaliyyətindən irəli gələn ideyalara köklənən tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib.

Bildirilib ki, Vətən Müharibəsi zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz,ümumilikdə xalqımız “Dəmir Yumruq”şüarı altında birləşərək düşmənə sarsıdıcı zərbələr endirib. Bununla da bizə tarix boyu unutmayacağımız şanlı Qələbəni yaşadıblar.

Şagirdər seminarda şəhidlərin şücaətindən bəhs etmiş,şeirlər səsləndirmişlər.Qeyd edək ki,tədbirdə məktəb rəhbərliyi və müəllimlərilə yanaşı qazilərimiz,icra nümayəndəsi və şәhid-məzunlarımızın ailәlәri də iştirak ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi