1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən şagirdlərimiz təltif olundular

         5 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”  8 Noyabr- Zəfər Gününə həsr olunmuş “44 gün” adlı respublika yaradıcılıq müsabiqəsinin təltifedilmə mərasimi keçirilib.

         Müsabiqənin keçirilməsində məqsəd Uşaq və gənclərin vətənpərvərlik ,dövlətçiliyə sədaqət ruhunda tərbiyə etmək, onlara yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşılamaq, müzəffər Azərbaycan Ordusunun gücünü, qətiyyət və iradəsini gənc nəslə təbliğ etmək, tarixi keçmişimizi məktəblilərə daha dərindən öyrətmək, təhsilalanlarin nitq mədəniyyətinə, bədii ifaçılığa , incəsənətə olan marağını artırmaq və onların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, yeni istedadları üzə çıxartmaqdır.

         Müsabiqədə hər yaş qrupu və nominasiyalar üzrə I, II, Ill yerlərin qalibləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi "1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" publik hüquqi şəxsinin diplom və hədiyyələri ilə təltif olunub.Təltif olunanlar arasında Z.Əhmədov adına 64№-li tam orta məktəbin şagirdləri də yer alıb.Onlardan 11p sinif şagirdi Rəvan Əlləzov və10ç sinif şagirdi Etibar Ələsgərzadə Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə 2-ci yere layiq görülüblər.Şagirdlərimizi təbrik edirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi