Məktəbimiz Zəfər Gününü belə qeyd etdi...

 Azərbaycanın II Qarabağ Müharibəsində  qazandığı Zəfərlə əlaqədar bir sıra tədbirlər keçirilir.

     Zəfər Günü Azərbaycan məktəblərində də təntənəli şəkildə qeyd olunur.

   Bu ənənəyə qoşulan  Xətai rayonu Z.Əhmədov adına 64№-li tam orta məktəbin müəllim kollektivi və şagirdləri 8 Noyabr günü ilə əlaqədar tədbir keçiriblər.Bayram tədbirinə məktəbin məzun qaziləri və şəhid ailələri dəvət olunub.  Himn ilə açıliş edilib, canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib,.Daha sonra tədbir vətənə aid şeirlərlə davam etdirilib. Zəfər sevincini qonaqlara çatdıran şagirdlər mahnılar, rəqs, səhnəciklər ifa edərək, qonaqları sevindiriblər.

Müəllim heyəti şagirdlərə 44 günlük Vətən müharibəsi barədə məlumat verib, Vətənə, torpağa sevgi aşılayıblar.

     Sonda şagirdlər“QARABAĞ AZƏRBAYCANDIR”şüarını səsləndirərək tədbiri sonlandırıblar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi