"Qarabağın inciləri"adlı sərgi keçirilmişdir.

    9 iyun 2022-ci il  tarixində saat 11:35-də 1 №li Uşaq-Gənclər İnkişaf Mərkəzi dərnək rəhbəri Esmira Alışovanın təşkilatşılığı ilə Xətai rayonu Z. Əhmədov adına 64 nömrəli tam orta məktəbdə” Bacarıqlı əllər “dərnəyinin  Şuşa ilinə  həsr olunmuş “Qarabağ inciləri” adlı əl işlərindən ibarət sərgi və ustad dərsi  keçirildi. Sərgidə  Qarabağı özündə  əks etdirən  dərnək üzvlərinin müxtəlif əl işləri  sərgiləndi. Uşaqlar üçün ustad dərsi təşkil olunmuşdu. Eyni zamanda uşaqların hazırladıqları bəzək əşyalarının satışı da təşkil olunmuşdu.

    Tədbirin keçirilməsində məqsəd-  Yeni nəsilə Qarabağın mədəniyyətini, tarixini tanıtmaq və sevdirmək, asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.  

    Sərgidə məktəbin direktoru Rəfael müəllim Mehdiyev və müəllim kollektivi iştirak etmişdi. Sonda  Rəfael müəllim  uşaqlara diplomlar təqdim edərək onları təbrik etdi.

Ustad dərsində 21 nəfər şagird, ümumilikdə isə 50 nəfər iştirak etmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi