Uşaq hüquqları aylığı
Məktəbdə Ədliyyə Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə uşaq hüquqları aylığına həsr olunmuş tədbir keçirilib.
Tədbirin məqsədi uşaq hüquqlarının təbliği, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, uşaq hüquqlarının müdafiəsini aşılamaq idi.
Tədbirdə Nəsimi rayon İcra başçısının birinci müavini Gülarə Verdiyeva , Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Aynur Kərimova , məktəbin direktoru Sahibə Abbasova və başqa qonaqlar iştirak edib.
Şagirdlərin çıxışları və maraqlı rəqsləri ilə yekunlaşıb. .