1 Mart – Mülki Müdafiə Günü

Bu gün məktəbimizdə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş açıq dərs keçirildi. 10A sinif şagirdlərinin iştirakı ilə baş tutan dərsi məktəbimizin hərbi rəhbəri Çingiz Quliyev apardı.
Açıq dərs zamanı şagirdlərə mülki müdafiənin əhəmiyyəti, təbii və texnogen fəlakətlər zamanı görülməli olan təhlükəsizlik tədbirləri, fövqəladə hallarda düzgün davranış qaydaları izah edildi. Çingiz müəllim şagirdlərə mülki müdafiə qüvvələrinin rolu, ilk yardım və təxliyə qaydaları haqqında geniş məlumat verdi.