"Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi"

Məktəbdə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması çərçivəsində təqdimat dərs keçirildi.Böyük mütəfəkkir,türkologiya elminin məşhur nümayəndəsi,Azərbaycanın milli şüurunun formalaşmasında böyük rolu olan Əhməd bəy haqqında məktəbin tarix müəllimi şagirdlərlə fikir mübadiləsi apardı.Şagirdlərin bu istiqamətdə apardıqları sərbəst tədqiqatların nəticəsi müzakirə olundu.