" Uşaq Hüquqları aylığı"

Məktəbdə Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin( Ombudsman) təşəbbüsü ilə " Uşaq Hüquqları aylığı" çərçivəsində tədbir keçirildi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti İctimai Siyasi Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi çıxış etdi və bu istiqamətdə aparılan işlər barədə məlumat verdi. "Uşaq hüquqları aylığı"nın elan olunmasında məqsədin cəmiyyətin diqqətini bir daha bu məsələyə yönəltmək olduğunu vurğuladı. Daha sonra məktəbin şagirdləri uşaq hüquqlarının müdafiəsi mövzusunda hazırladıqları proqramla çıxış etdilər. Cəmiyyətə çağırış notları ehtiva edən səhnəciklər, təqdimatlar göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi