"Diaqnostik qiymətləndirmə"

Məktəbdə 9-cu siniflərin buraxılış imtahanına hazırlığının səviyyəsinin öyrənilməsi məqsədi ilə diaqnostik qiymətləndirmə aparıldı. Şagirdlərə təqdim olunmuş test tapşırıqları müəyyən olunmuş vaxt ərzində yerinə yetirildi. Nəzarətçi müəllimlər qiymətləndirmənin aparılmasının şəffaf və psixoloji sabitlik şəraitində icra olunmasını təmin etdilər. Məktəb rəhbərliyi diaqnostik qiymətləndirməni ciddi nəzarətdə saxladı.