"18 Oktyabr Dövlət Müstəqilliyi Günü"

Məktəbdə 18 Oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Vətən tarixi qürurumuzdur" adlı tədbir keçirildi. Tədbirdə Azərbaycanın müstəqillik yoluna nəzər salındı. Vətənpərvər ruhda şeirlər və nəğmələr ifa olundu. Azərbaycan dili ilə yanaşı xarici dillərdə də məlumatlar təqdim edildi. Tarix, Azərbaycan dili və ədəbiyyatı müəllimləri çıxış edərək günün əhəmiyyətini şagirdlərə daha dərindən aşıladılar. 2017-ci ilin muğam müsabiqəsi laureatı Məftun Məmmədovun ifa etdiyi vətənpərvər ruhlu nəğmələr tədbirə xüsusi bir əhval-ruhiyyə qatdı. Məktəb rəhbəri çıxışında kollektivi 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik etdi və şagirdlərin simasında vətənin müstəqilliyinin etibarlı gələcəyinə ümidini ifadə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi