Məktəbin 4"c" sinif şagirdi Ağayeva Zəhra şəhid Nəciməddin Savalanovun xatirəsinə həsr edilmiş kinqboks üzrə Sabunçu rayon açıq birinciliyində 27 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür. İdmançı şagirdimizi təbrik edir və uğurlarının davamını diləyirik.