Bayramova Bəhrimin çıxışı

Məktəbin 3"a" sinif şagirdi Bayramova Bəhrim Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Baku Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil "EduExpo" sərgisində "Mars Academy" təhsil mərkəzinin nümayəndəsi kimi çıxış etmişdir. O, mühəndislik, proqramlaşdırma və 3d art üzrə layihələrin təqdimatını etmişdir. Təhsil naziri Ceyhun Bayramov və sərgiyə tamaşa edən digər qonaqlar təqdimatları dinləmiş və şagirdimizə gələcək təhsilində uğurlar arzulamışlar.
Qeyd edək ki, Təhsil sərgisində ən son nailiyyətlər, innovasiyalar, perspektivli startaplar və təhsil prosesində İKT texnologiyalarının tətbiqi mexanizmləri nümayiş etdirilir.
Şagirdimizi bir daha təbrik edir və uğurlar diləyirik.