Müəllimlərin uğuru

Məktəbin ibtidai sinif müəllimləri Nağıyeva Məlakə və Alıyeva Mətanət 5 Oktyabr- Ümumdünya Müəllimlər Günü münasibəti ilə təşkil olunmuş elmi-praktik konfransda iştirak etmişlər. Konfransda əməkdar elm xadimi, professor, ictimai xadim Şahlar Ələsgərov, TN-i yanında ictimai şuranın üzvü Nadir İsrafilov, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadıq, "Psixologiya Praktik Psixologiya mərkəzi"nin rəhbəri Limunət Əmrahlı və "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi İlahə Rəhimova dəyərli fikirlərini bölüşmüşlər. Konfrans müəllimlər üçün olduqca maarifləndirici və əhəmiyyətli olmuşdur.Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.