"5 Oktyabr Beynəlxalq Müəllim Günü"

04.10.2019-cu il tarixdə məktəbdə "5 Oktyabr Beynəlxalq Müəllim Günü"nə həsr olunmuş təqdimat-dərs keçirildi. 5"b" sinfində aparılan dərsdə şagirdlər hazırladıqları təqdimatlarında müəllim adının ucalığını bir daha vurğuladılar. Bu şərəfli peşənin sahiblərinə həsr olunmuş şeirlər və mahnılar ifa olundu. "Müəllim Günü" nün yaranması və tarixi haqqında məlumat verildi. Tarixi şəxsiyyətlərin müəllim haqqında söylədikləri fikirlər səsləndirildi