"Məktəbəhazırlıq qruplarının məktəbdə ilk günü"

Bu gün məktəbimiz məktəbəhazırlıq qruplarının şagirdlərini qəbul etdi. Məktəb həyatının ilk günü uşaqlar üçün bayram əhval-ruhiyyəsi ilə müşayiət olundu. Beşyaşlıları məktəbin qarşısında salamlayan məktəb rəhbəri və müəllimlər onları təbrik edərək xoş arzularını dilə gətirdilər. Sonra uşaqlar sinif otaqlarına daxil oldular. Sinif otağı ilə tanışlıqdan sonra isə uşaqlar müəllimləri ilə birgə məktəbə kiçik ekskursiya etdilər. Ümummilli Lider Heydər Əliyevin büstü qarşısında toplaşaraq şeir və nəğmələr ifa etdilər. Daha sonra uşaqlar kitabxana ilə tanış oldular. Kitabların sehrli dünyasına böyük maraq göstərən balacalar onları həvəslə vərəqlədilər. Daha sonra isə yeməkxana və məktəb stadionuna getdilər. Məktəbin ilk günü uşaqlar üçün yaddaqalan oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi