"Atəşgah məbədi-Dövlət tarixi memarlıq qoruğuna ekskursiya"

26.09.2019-cu il tarixində 3"A" sinif şagirdləri sinif rəhbərləri Şıxəhmədi Lamiyənin təşəbbüsü ilə Atəşgah məbədi-Dövlət tarixi memarlıq qoruğuna ekskursiya etmişlər.Orada şagirdlərə bələdçi tərəfindən abidənin yaranma tarixi,onun quruluşu,sakinləri və ənənələri haqqında geniş məlumat verilmişdir.XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerinə inşa edilmiş məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verdiyi üçün "Atəşgah" adlandırılması haqqında danışılmışdır.Şagirdlər sərgilənən milli ornamentli eksparat və əl işləri ilə yaxından tanış olmuş,oraya səfər edən xarici vətəndaşları ilə qismən söhbət edərək şəkillər çəkdirmişlər.Ekskursiya onlar üçün çox maraqlı,məlumatverici və unudulmaz olmuşdur.