Cəfərov Alişanın uğuru

Məktəbin səkkizinci sinif şagirdi Cəfərov Alişan Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə taekvondo idman növü üzrə EM-TK-nın təşkil etdiyi klublararası liqa döyüşlərində yeniyetmələr arasında 41 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edir və uğurlarının davamını diləyirik.