"Sülh Günü"

Bu gün məktəbimizdə "Sülh Günü"ilə bağlı təqdimat-dərslər keçirildi. Kübraxanım müəllimin rəhbərliyi ilə 2b sinfində, Mətanət müəllimin rəhbərliyi ilə 4a sinfində aparılan dərslərdə sülh məhfumunun mənası aşılandı. Bütün dünyəvi dəyərlərin mərkəzində dayanan və planetin xoşbəxtliyinin açarı hesab olunan sülhə nail olmağın necə əhəmiyyətli olması haqqında danışıldı. Şagirdlər hazırladıqları təqdimatları təqdim edərək mövzunu dərk etdiklərini göstərdilər. Məktəb rəhbəri öz çıxışında keçirilən dərsləri yüksək qiymətləndirdi və uşaqlara sülh şəraitində böyümələrini arzu etdi.