Quluzadə Laçın və Əliyev Kənanın uğuru

Məktəbin 5"A" sinif şagirdləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Suraxanı Rayon Gənclər və İdman İdarəsi Azərbaycan Uşu Federasiyasının "Polad" İdman Klubunun keçirdiyi Azərbaycan Respublikası Milli Qəhrəmanı Mehdiyev Fazil Umud oğlunun xatirəsinə həsr olunmuş "Layt-Sanda" üzrə açıq turnirdə iştirak etmişlər. Quluzadə Laçın 33 kq çəki dərəcəsində 10-11 yaşlılar arasında 1-ci yerə, Əliyev Kənan 35 kq çəki dərəcəsində 11-12 yaşlılar arasında 2-ci yerə layiq görülmüşdür. İdmançılarımızı təbrik edir, uğurlarının davamını arzulayırıq.