Psixoloji söhbət

Məktəbin psixoloqu və tərbiyə işləri üzrə direktor müavini 9-cu siniflərlə imtahan öncəsi söhbət apardılar. İmtahandan əvvəl psixoloji rahatlığı, stressdən uzaq və sabit vəziyyəti təmin etmək məqsədi ilə şagirdlər psixoloji testlərlə yoxlandılar. Nəticələrə uyğun olaraq onlara müvafiq məsləhətlər verildi.