"Valideynin məktəbdə bir günü" layihəsi

27 may tarixində məktəbdə "Valideynin məktəbdə bir günü" layihəsinin növbəti mərhələsi təşkil olundu.Layihə çərçivəsində keçirilən görüşlər zamanı şagirdlərin fərdi inkişafı,təlim-tədris mühitinin təkmilləşdirilməsi,məktəb-valideyn əməkdaşlığı mövzularında söhbət aparıldı.Valideynlərin rəy və təklifləri alındı. Valideynlər məktəbin yeməkxanası, kitabxanası, laborator otaqları və sinifləri ilə tanış oldular. Daha sonra valideynlər dərslərdə iştirak etdilər.Yeni təlim metodlarına uyğun təşkil olunmuş nümunəvi dərslər izləyənlərin marağına səbəb oldu."Valideynin məktəbdə bir günü"layihəsinin növbəti mərhələsinin keçirilməsinin 28 May Respublika Günü ərəfəsinə təsadüf etməsi ilə əlaqədar olaraq valideynlər "28 May-Azərbaycan tarixinin şanlı səhifəsi" adlı tədbirdə də iştirak etdilər.Tədbir məktəbin tarix müəllimi Abbasova Nisənin təşkilatçılığı ilə hazırlanmışdı.Məktəbin şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranması,həmin dövrdə aparılan quruculuq işləri üzrə araşdırma-mühazirələr təqdim etdilər.Vətənpərvərlik ruhunda şeirlər deyildi,nəğmələr oxundu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını əks etdirən səhnəcik nümayiş olundu.Valideynlər məktəb kollektivinə və rəhbərliyə minnətdarlıqlarını ifadə etdilər.