"Ulduz" fabriki

Məktəbin 9-cu sinif şagirdləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış Azərbaycan Uşaq və Gənclərin sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbi tərəfindən "Ulduz" fabrikinə aparılmışlar.Orada şagirdlər "Ulduz" fabrikinin rəhbərliyi ilə görüşmüş,fabrik və onun fəaliyyəti haqqında məlumat almışlar.Canlı şəkildə şokolad hazırlanmasını izləyən şagirdlərə həmin şokoladların hədiyyə olunması da uşaqların sevincinə səbəb olmuşdur.