"Sağlam həyat tərzi uğurlu gələcəyin təminatıdır"

Məktəbin 3"A" sinfində "Sağlam həyat tərzi uğurlu gələcəyin təminatıdır" mövzusunda təşkilat saati keçirildi.Söhbət çox faydalı və maraqlı istiqamətdə aparıldı.Şagirdlər gigiyena haqqında yeni məlumatlar alaraq sağlamlıqda gigiyenanın rolunu mənimsədilər.İdmanla məşğul olan şagirdlərin çıxışları təşkil edildi.İdmana aid şüarlar səsləndirildi.Yoluxucu xəstəliklərin yayılması və qorunması haqqında geniş araşdırılma aparıldı.Nəticə şagirdlərin bu sahədə maariflənməsi baxımından əhəmiyyətli oldu.