"Ümumdünya Kitab günü"

Məktəbdə 23 aprel Ümumdünya Kitab gününə həsr olunmuş açıq dərs keçirildi.Leyla müəllim şagirdləri ilə birlikdə kitabın insan həyatındakı rolunu müzakirə etdi.Şagirdlər kiçik həcmli hekayələrin belə dərin məna ifadə edə bilməsinə şahid oldular.Sonra isə kitabın hazırlanması və çapa verilməsini görüntülər vasitəsi ilə mərhələli şəkildə izləyən şagirdlər onun necə əziyyətlə ərsəyə gəldiyini öyrəndilər.Son olaraq 4"A" sinfi tərəfindən keçirilmiş aksiyada toplanmış kitablar məktəbin kitabxanasına hədiyyə edildi.
Bayramınız mübarək əziz kitabsevərlər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi