"Dəyirmi masa"

18 aprel tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Atakişiyeva Günel və məktəb kitabxanasının müdiri İbrahimova Təranənin təşkilatçılığı,9"A" və 9"B" sinif şagirdlərinin iştirakı ilə "2019-cu il Nəsimi ili"nə həsr olunmuş dəyirmi masa keçirildi.Şagirdlər İmadəddin Nəsiminin yaradıcılığı haqqında geniş məlumat verdilər,Nəsimi yaradıcılığının zirvəsi sayılan qəzəlləri yüksək qiraət bacarığı ilə ifadə etdilər.Sonda məktəbin direktoru Səadət Məmmədova çıxış edərək Nəsimi yaradıcılığı ilə bağlı fikirlərini bölüşdü və şagirdlərə fəallıq göstərdikləri üçün təşəkkür etdi.