“Şəhidlər qürurumuzdur”

Bu gün məktəbdə “Şəhidlər qürurumuzdur” adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Daha sonra məktəbin istedadlı şagirdlərinin ifasında şeir mahnı kompozisiyaları səsləndi.Məktəbin tarix müəllimi Talıb Talıblı aprel döyüşləri haqqında ətraflı məlumat verdi.O cümlədən aprel döyüşlərində böyük qəhrəmanlıq göstərən Mahir Qadir oğlu Quliyev haqqında kiçik tamaşa səhnəsi göstərildi.Sonda məktəbin direktoru Məmmədova Səadət xanım aprel döyüşlərində igidlik göstərən şəhidlər haqqında danışaraq tədbirin təşkilatçılarına,şagirdlərə və bütün kollektivə minnətdarlığını bildirdi.