"Novruz milli bayramımızdır" mövzusunda açıq dərs

14 martda məktəbdə 3A sinfində "Novruz milli bayramımızdır" mövzusunda açıq dərs keçirildi.Açıq dərsdə,sinif rəhbəri, direktor,psixoloq,kitabxana müdiri,təcrübəli müəllimlər iştirak edirdi.
Keçəl və Kosanın sinfə daxil olması dərsin daha da rəngarəng keçməsinə səbəb oldu.Şəfili Zəhra,Novruz bayramının qədim tarixə malik olması barədə geniş məlumat vermişdir.
Digər şagirdlərdə sərbəst tədqiqat nəticəsində topladıqları zəruri məlumatları təqdim etmişlər.Novruz adət-ənənələri ilə bağlı bütün rituallardan söhbət açılmışdır.Əl qabiliyyəti yaxşı olan qızlar şəkərbura naxışlarını qonaqlara təqdim etmiş,rəngbərəng yumurtalar bəzəmişlər.Sonda şagirdlərin söylədiyi haxışdalarla dərsə yekun vurulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi