"Xocalı qan yaddaşımız" adlı tədbir

1992-ci il fevralın 25-dən 26-na keçən Azərbaycan xalqının ən acı gecəsi tariximizin qan yaddaşı,əsrin faciəsi "Xocalı faciəsi" ilə bağlı məktəbimizdə silsilə tədbirlər davam edir.Bu gün məktəbimizdə "Xocalı qan yaddaşımız" adlı tədbir keçirildi.Tədbir dövlət himni ilə açılaraq,şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbimizin tarix müəllimi T.Talıblı tədbir iştirakçılarının bir daha nəzərinə çatdırmışdır ki,1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur.Şagirdlər şeir,rəsm,səhnəciklər,slaydlar vasitəsilə hadisəni təsəvvürlərdə yaratdılar.Sanki Xocalı hadisəsini öz gözləri ilə görmüş,yaşamışdılar.
Sonda şagirdlər Xocalının qisasını alacaqlarına söz verdilər.