"Xocalı soyqırımı"na həsr olunmuş sinif təşkilat saatı

Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlərimiz davam edir.Bu gün məktəbimizin 2B sinif rəhbəri Əliyeva Günay Xocalı soyqırımına həsr olunmuş sinif təşkilat saatı keçirdi.Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək,soyqırıma həsr edilmiş sənədli videoçarxa baxdılar.
Şagirdlər Xocalı soyqırımı və işğal olunmuş rayonlar haqqında dəqiq məlumat verərək,şeir kompozisiyası təqdim etdilər. Vətənin işğal olunmuş torpaqlarını azad edəcəklərinə söz verdilər.