"Valideynlər məktəbdə bir gün"

Bu gün məktəbimizdə Təhsil İdarəsinin əmrinə əsasən "Valideynlər məktəbdə bir gün"layihəsi keçirildi.Valideynlər məktəbin infrastrukturu ilə yaxından tanış olaraq,proqrama əsasən dərs dinləmələrində iştirak etdilər.Məktəb rəhbərliyinin,psixoloqun,müəllimlərin söhbətlərini dinlədilər.Onlar məktəbimizin Smart sinfi,laboratoriyaları,tibb otağı,idman zalı,şagirdlərimizin əl işlərindən ibarət sərgi ilə tanış oldular.Sonda valideynlər öz irad və təkliflərini bildirdilər.