"Yanğın təhlükəsizliyi" mövzusunda dərs

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 fevral 2019-cu il tarixində məktəbimizdə "Yanğın təhlükəsizliyi" mövzusunda dərs keçirilərək şagirdləri təlimatlandırdılar.Dərsdə məktəbimizin 8,9,10,11-ci sinif şagirdlərinə yanğın təhlükəsizliyi ilə bağlı lazımi tövsiyələr verilmiş,həmçinin ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı, tətbiq olunma qaydaları barədə geniş məlumat çatdırılmışdır.