"Ana Fəryadı" abidəsinə ziyarət

Bu gün məktəbimizin 6-cı sinif şagirdləri Xocalı hadisələrini yad etmək məqsədilə "Ana Fəryadı" abidəsini ziyarət etdilər.Şagirdlər abidənin önünə tər qərənfillər qoydular.Bir daha şagirdlərin nəzərinə çatdırıldı ki,bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. XX əsrin sonunda baş vermiş bu dəhşətli faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.