"Sadə triqonometrik tənliklərin həlli" mövzusunda açıq dərs

18.02.2019-cu il tarixində məktəbimizin riyaziyyat müəllimi Əsgərova Asya tərəfindən 10A sinfində "Sadə triqonometrik tənliklərin həlli" mövzusunda açıq dərs keçirilmişdir.Müasir təlim texnologiyaları vasitəsilə keçirilən dərsdə şagirdlər qruplara bölünərək triqonometrik tənliklərin həllini funksiyanın qrafiki üzərində,vahid çevrə üzərində və analtik şəkildə təsvir etdilər.Triqonometrik tənliklərin həllinin daha aydın başa düşülməsi üçün verilmiş intervalda tənliyin kökünün müəyyən edilməsi, interaktiv oyunlarla yerinə yetirildi.