"Heroes never die" mövzusunda açıq dərs

15.02.2019-cu il tarixində Möhbalıyeva Ruzilə 6B sinfində "Heroes never die" mövzusunda smart sinfin elektron imkanlarından istifadə edərək interaktiv şəkildə açıq dərs verdi.Dərs vətən uğrunda canlarından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməklə başlanıldı.Şagirdlər yeni metod və texnologiyalara əsaslanan açıq dərsdə fəal iştirak edərək,ingilis dilində öz danışıq,dinləmə,oxu və yazı bacarıqlarını nümayiş etdirdilər.Şagirdlər "Patriots" və "the Brave"qruplarına bölünərək,"Mübariz İbrahimov qəhrəmanlıq rəmzidir" başlığı altında qəhrəmanlıq və vətənpərvərlik haqqında fikirlərini bölüşdülər.Qəhrəmanlıq mövzusunda ingilis dilində bildikləri atalar sözləri söylədilər.Sonda ümumiləşdirmə və nəticə mərhələsindən sonra şagirdlər"Peace and war" yəni "Sülh və müharibə" haqqında hazırladıqları yaradıcı layihəni nümayiş etdirdilər.