"İnteraktiv açıq dərs" keçirildi

12.02.19-cu il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi G.Hüseynova 6A sinfində "Feilin təsirlənən formaları.Feilin xəbər şəkli" mövzusunda interaktiv açıq dərs nümayiş etdirdi.Dərsdə smart sinfin elektron imkanlarından istifadə edildi.Yeni təlim metod və texnologiyalarına əsaslanan dərsdə şagirdlər bir neçə interaktiv tapşırıqlar icra etdilər.Belə ki,şagirdlər simsiz şəbəkəyə qoşulmaqla onlara ünvanlanmış sualları planşet komputerlər vasitəsilə cavablandırdılar.Sonda smart sistem elektron qiymətləndirmə ilə şagirdləri həm fərdi,həm də ümumi sinif səviyyəsi üzrə qiymətləndirdi.
Məktəb rəhbərliyinin iştirakı ilə keçirilən dərs sonda qənaətbəxş hesab olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi