"Qəhrəmanlar unudulmur"

Məktəbimizin illik fəaliyyət planına əsasən Mətanət Alıyevanın sinif rəhbəri olduğu 3"A" sinfində "Qəhrəmanlar unudulmur" devizi altında yazılmış esse yazıların təqdimatı keçrilmişdir.Təqdimatda məktəbimizin T.İ.Ü. direktor müavini Sevinc xanım İsmayılova da iştirak etmişdir.Esse yazıların təqdimatı ilə yanaşı şagirdlər qəhrəmanların şəninə ithaf olunmuş şeir parçaları da səsləndirdilər.Daha sonra həmin günə aid görüntülərdən hazırlanmış slaydların nümayişi oldu.
Bəli,20 Yanvar hadisələri xalqımızın milli mənliyinə,milli azadlıq ruhuna qarşı təcavüz idi.Azərbaycan xalqına qarşı törədilmiş cinayət,tökülmüş nahaq qanlar,insanlarımızın vəhşicəsinə qətlə yetrilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi.Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini,Vətənə torpağa sədaqətini,azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatdı,milli azadlığa qovuşdu.Azərbaycan qısa müddət ərzində sürətlə inkişaf edən dövlət kimi dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi