Şagirdlərin uğuru

Məktəbimizin 3"C" sinif şagirdi Məcnunov Qurban 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 23kq çəki dərəcəsində "Neftçi İK"-İB-in keçirdiyi Yunan-Roma güləşi üzrə birinciliyində I yeri tutduğuna görə,3"A" sinif şagirdləri Mirzəyev Alik və Malik qardaşları isə 26kq çəki dərəcəsində III yeri tutduqlarına görə diplomlarla təltif olunmuşlar.Məktəbimizin direktoru Maqsudova Yeganə xanım şagirdlərimizi təbrik edərək,uğurlarının davamlı olmasını arzuladı.