"Qəlblərdə yaşayan öndər"

Məktəbimizdə xalqımızın xilaskar oğlu, tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlərimiz davam edir. Bu gün məktəbimizdə "Qəlblərdə yaşayan öndər" mövzusunda tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olundu.Azərbaycan Respublikasının Dövlət bayrağı tədbirimizə gətirildikdən sonra öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Maqsudova Yeganə xanım açaraq, Heydər Əliyevin şərəfli həyat yolundan danışdı. Tarix müəllimi Abbasova Nisə müəllim çıxış edərək şagirdlərə bir daha Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanda elm, təhsil, mədəniyyət, iqtisadiyyat sahələrində gördüyü mühüm işlərdən danışdı.
Şagirdlərimizin hazırladığı slaydlar nümayiş olundu.Məktəbimizin şagirdləri şeir kompozisiyası ilə çıxış etdilər.VII sinif şagirdləri dünya siyasətçilərinin Heydər Əliyev haqqında söylədiyi sözləri səsləndirdilər.Balaca şagirdlərimiz Ümummilli liderimiz haqqında ürək sözlərini söylədilər.