Qasımov İsanın uğuru

2018/2019-cu tədris ili üçün məktəbin illik fəaliyyət planına uyğun olaraq,bizim istedadlar bəndini əsas tutaraq Qasımov İsa Arif oğlunun yeni uğurlarından yazmaq istədik.O,məktəbimizin 3-cü sinfində oxuyur.Sinif rəhbəri Mətanət müəllim deyir ki,İsa məktəbə qədəm qoyan zaman onun zehni bu dərəcədə inkişaf etməmişdi,sonralar valideyn dəstəyi ilə şahmat dərnəyində mütamadi iştirak etmiş və intelektual nailiyyət əldə etmişdir.Biz də öz növbəmizdə İsanı Milli Dirçəliş Gününə həsr olunmuş IV dərəcə təsnifat yarışında I yerə layiq görülməsi münasibəti ilə ürəkdən təbrik edir və uğurlarının davamını diləyirik.