Heydər Əliyev mərkəzinə ekskursiya

Ulu Öndərimiz H.Əliyevin əvəzolunmaz irsinin öyrənilməsi,gələcək nəsillərə daha dərindən ötürülməsi məqsədi ilə məktəbimizin 4"B" sinif rəhbəri N.Məlakə öz yetirmələri ilə Heydər Əliyev mərkəzinə ekskursiyaya getmişdir.Ekskursiya zamanı şagirdlər Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmə və şəkillərə baxmış,bələdçidən geniş məlumat almışlar.Ulu Öndər haqqında öyrəndiklərini paylaşmışlar.Dəyərli Prezidentin qoyduğu irs daim öyrəniləcək və gələcək nəsillərə ötürüləcək.