"Milli Dirçəliş Günü"

Bu gün məktəbimizdə 17 Noyabr-Milli Dirçəliş Günü münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan,məktəbimizin tarix müəllimi Nisə Abbasova Milli Dirçəliş Gününün tarixindən geniş danışıb,müstəqilliyimizin əldə olunmasında 1988-ci ilin Meydan hərəkatının əhəmiyyətini vurğuladı .O,həmçinin dövlətimizin uğurlu daxili və xarici siyasətindən danışıb,yurd-yuvasından didərgin düşən soydaşlarımızın tezliklə doğma torpaqlarına qayıdacağını əminliklə ifadə etdi.Tədbirin sonunda Dirçəliş Günü ilə bağlı videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi